Yeni öyrənilən və ya dərk edilən

Deyəsən öyrəndiyim ən böyük dərs heç nəyi məcbur (force) etməməkdir.

Dostluqlar, münasibətlər, diqqət, sevgi.

Məcburi olan hər şey (nə varsa) sadəcə buna dəyər deyil.

Whatever flows, flows.

Burax, özünü incitmə.

Ən pis, ən çarəsiz hiss etdiyin vaxt belə sevilməyə dəyər insan olduğunu özünə xatırlat.. 😌🤍

Gözləntilərimiz ✨

İtaliya’ya bir səyahət planladığını fikirləş🤔. Venesiya’ya gedəcəyini, yeyəcəyin dondurmaya🍦 qədər hər şeyi planlayırsan, bəlkə bir neçə Italyanca cümlə öyrənirsən və yeyəcəyin bütün pizzalar 🍕üçün həyəcanlanırsan🤩. Təyyarəyə minirsən🛫 və endiyində “Hollandiya’ya xoş geldiniz” anonsu edilir😳. Bir anda bütün dünyan dayanır, xəyal qırıqlığı yaşayırsan. Hollandiya çirkin ya da sıxıcı olduğu üçün deyil, ağlında olan şey Hollandiya olmadığı üçün. Burada iki seçimin olur✨, bunun üstündə dayanıb pis olmaq ya da Hollandiya’nın dadını çıxartmaq😇. Bir xəyalı buraxmaq, arxasından pis olmamaq asan deyil amma bəzən həyatın reallığı Hollandiya olur. Hollandiya da gözəldi, sadəcə bəzi şeyləri yenidən düzəltməyin lazım gəlir. 😉

Hər gün etdiyimiz şeylərə gözləntilərimizi yükləyirik, və çox günlər gözləntilərimizin kənarında olur çox şey. Ən gözəl təcrübələr, anlar hər hansı bir gözlənti yükləmədiyimiz təcrübələr, anlar olur normalda✨, amma insanıq və edəcəyimiz, planladığımız hər şeyə gözlənti yükləyirik. Bəzi şeylərin gözləntilərimizi qarşılamaması onun bərbad olacağı mənasına gəlmir😉. Mən Hollandiyanı sevirəm, lalələri🌷, kiçik rəngli evləri🏘️, pendirlerini 🧀 sevirəm.
Məsələlər bizim ağlımızda qurduğumuz kimi olmadığında, o cür irəliləmədiyində bütün dünyamız dağılmış kimi hiss edə bilirik amma bəzən Hollandiya Italiya’dan daha əyləncəli ola bilir, çünki Hollandiya’ya hər hansı bir gözlənti yükləmirik. 💫 

Həyatın hər addımını planlayaraq yaşaya bilmərik, sürprizlər və planlamadığımız şeylər həyatı həyat edən şeylərdi🌈, yoxsa hər şey planladığımız kimi olsa çox darıxdırıcı və sıxıcı olardı ☺️

Sürücülük vəsiqəmi əldə etmə hekayəm📝🚜

Sürücülük vəsiqəsine hazirlashanlar, və ya hazirlashacaq olanlar bu post sizin ucundur 😅

Ən əsası Həvəsdən dushmeyin, bu yol digər yollar kimi enisli-çıxışlidi, amma mümkünsüz deyil digərləri kimi. 🎉✨
Mən öz lesson learned-imi paylashiram, ümid edirəm sizə yararlı olmush olar ☺️

Deməli, sürücülük üçün imtahana hazırlaşan da mənə də çox motivasiya olurdu, çünki hemishe arzum idi ushagliqdan və reallashanda o qədər cox sevinmişdim ki))
Imtahandan ağlaya ağlaya cixmishdim, atam elə bilirdi kəsilmisem😅 ətrafda hamı baxırdı mənə ki, bu qız niyə ağlayır, amma kecmishdim, sevincimdən ağlayırdım. Inshallah siz də çox sevinersiz keçəndə. Mən hələ dəqiq keçdiyimi bilmək üçün qapıya çatanda bir də çevrilib imtahan verdiyim ekrana baxdım ki, görüm dəqiq yashil rengdedi ? 😅
Inshallah sizə de qismət olar 🙂 Inshallah arzuladığınız mashin da qismət olar)) amma mashin sürəndə səbrli olmağı indidən özünüzə öyrədin, bu coooox vacibdi. 😅 Ümid edirəm sebrlisiz))

Bu barədə imtahana hazırlıq barədə öz lesson learned imi deyim. Mən hazirlashanda Talıbovun hər iki kitabını almishdim. Test və nəzəriyyə. Birinci nəzəriyyəni yaxshi oxuyun, axirindaki balaca testleri ishleyin, sonra Talıbovun saytı var (https://talibov.az/) orda da movzu testleri var, onları edin. Bunlari edəndən sonra keçin Talıbovun test kitabına, hər testi bileti bitirəndən sonra sehvlerinizi yoxlayın, və cavabların duz yazdıqlarınızı da səhv yazdıqlarınızı da izahına mütləq baxın. Hətta həvəs varsa orda hansı maddəyə əsasən bu cavab verilib göstərilir, onu da keçid edib maraqlanın.
Screenshot_20200727-175602~3

Əlavə olaraq azpdd.info səhv etmirəmsə belə olmalıdır, 1500 test var, düzdü çox da güclü keyfiyyətlu suallar deyil, amma yene də yaxshidir)) onları da ishleyib, izahlarına baxın. Hətta o saytda simulator da var, imtahan verirsiz özünüz üçün. Onu da ishleyin.
Təssüf ki, saytı tapdım amma daxil ola bilmədim, error verdi. Deyəsən chrome ile daxil olmaq olmur, bashqa internet interfeysi ile yoxlayarsiz.

Daha sonra Youtubda bir kanal var, rus dilindedir sadəcə, qesheng izahlidir, əgər rus diliniz zəifdirsə problem deyil qesheng izahlı video qoyulub, videodan anlamaq olur rahat (animasiya kimidir). Sadəcə Rusiyanın qanunu ilə bizim qanun arasında 1-2 xırda fərq var, meselen bizde avtobus dayanacağında mashin saxlamağ olmaz, amma onlarda olar və s. Buna görə narahat olmayın bir iki maddə fərqini özünüz tutacagsiz. Esas bezi sheyler var ki, videolu izahat cooox qesheng oturur adamın beynində. Hem de bu imtahan elədir ki, gerek beyninizdə canlandirasiz her sheyi, o cür çox yaxshi qavramaq olur. Kanalın adi Mixayil Nesterov. Link: https://www.youtube.com/user/TheMixailnesterov

Digər elavem ise men hazirlashan vaxtı feysde qrup var “sürücülük vəsiqəsi almağa hazirlashanlar”. Bu qrupda imtahanla bağlı təcrübələrini, imtahana daxil olan və cixan ushaglar yadlarinda qalan sualları, həmçinin də kimin çətinliyi varsa suallarda paylashirlar.  Mene çox kömək olmushdu.

https://m.facebook.com/groups/1628776190674848?group_view_referrer=profile_browser
Bele ümumi də axtarın, çoxlu qruplar var qoshulun baxın )))

He bir də elavem. Youtubda Master class var , Tural Yusifovun yəqin taniyarsiz, Avtostop verlişi. Aqil müəllimlə qesheng bir video hazırlayıblar. Birinin linkini atıram, burdan kecid edin hamısına baxmağa çalışın. Aqil müəllimin videolarını da mütləq izləyin.

https://youtu.be/56r56usB7Vs

Mən imtahan zamanı ikinci sualda səhv cavab yazmishdim 😅 bilirsiz orda yalnız bir səhv etmek shansimiz var😬 o 2 çi sualı səhv edenden sonra bir ürəyim döyünmeye bashlamishdi ki😅 dehshet. Amma orda özünüzü itirməyiniz size ziyandı. Özünüzü motivasiya etmelisiniz, “yaxshi olacag alinacag, bildiklerimdi fərqli nese yoxdu” deyin ozunuze. ✨

Bu barədə qeydlərim bu qədər, hə bir də özünüz üçün qesheng heveslendirici qeyd dəftəri götürün hər dəfə oyrendiklerinizi, notlarinizi qeyd edin ve her dəfə qayıdıb yenidən oxuyun onları. İkinci dəfə də eyni səhvi etmisinizsə yenə də qayıdın yazın deftere.

Uğurlar ✨☺️ Inshallah sizin üçün de yashil ekran yanar )))

Sabaha saxlama ✨

Həyat xaosdu💫, eyni anda bir çox arzularımızla məşğul olmağı bacarmalıyıq, zamana buraxsaq heç vaxt özümüzü rahat hiss etməyəcəyik😔. Normalda fikirləşsək, tutaq ki, 5 dənə əsas vacib arzumuz, istəyimiz var və bu arzulardan 3 dənəsini bir zamanda etmək olar, sabaha saxlamamaqla.  Ona görə də bilməliyik ki, bunun sabahı yoxdu, bu gün var, bu gün edə bilecəklərini bu gün et 💪🏻.

Məsələn,📝
• arıqlamaq , artıq çəkilərindənmazad olmaq istəyirəm, və deyirəm ki, yay gelsin, və ya nəsə buna foks ola biləcəyim zaman gəlsin, edəcəm, üstünə düşəcəm;
• ingilis dilini inkişaf etdirəcəm, bu iş həll olsun kursa gedəcəm, və ya özüm edəcəm;
• həyatıma mənim arzuladığım həyat tərzi olan birisi gəlsin, və mən də Onunla arzularımı reallaşdırım və ya O gələndən sonra xöşbəxt olacam;
• karyerama foks olacam, bir dənə bu məsələlər həll olsun artıq bütün fikrim karyeramda, təhsilimdə olacaq və.s. bunlar davam edir. 🤦🏻‍♀️

Screenshot_20200707-111440~2
Bunlar heç vaxt olmayacaq, bunları biz belə sabaha, digər günlərə keçirdikcə reallaşmayacaqlar. Həyat xaosdu, dayanmır davam edir, biz bunlar üçün zamanın gəlməyini gözləyə gözləyə itirməklə məşğuluq sadəcə və rahat da olmuruq nəticəsində. Ürəyimizdə, beynimizdə yarımçıq qalan arzularımız yük kimi sonra bizə ağırlıq etməyə başlayır. Bunun həlli indi başlamaqladı. Mükəmməl zamanı gözləməklə zaman itiririk. Zamanında başlamaq lazımdır  ki, sonra vaxtında niye etmedim, niyə üstündən keçdim deyə özümüzə qarşı incik qalmayaq ♥️

Nə üçün travel etməliyik? 🤔

Bu sualın cavabını qardaşımla getdiyim 16 Dekabr – 23 Dekabr, 2019 tarixlərində Budapeşt-Praga səfərimizdən 🚀 sonra dəqiqləşdirdim

IMG_20191218_162722_168

“Dünyanın ən gözəl hissi nədir?”☺️ sualına belə cavab verərdim – gəzib-görməkdən, səyahət etməkdən, başqa mədəniyyətlər, tikintilər, insanlar, yeməklər olardı cavabım. Həyatın bu qədər gözəl olduğunu, nəfəs almağın bu qədər dəyərli olduğunu bilə-bilə niyə travel etmirik ki?

İlk əvvəllər düşünərdim ki, hansısa ölkəyə getmək üçün mütləq çox pulum olmalıdır💸, zamanım çox olmalıdır və.s. Amma, əslində bu heç də belə deyilmiş, büdcənin çox olması yaxşdır lakin, az büdcə ilə də səyahət etmək olar, məsələn, bileti qabaqcadan almaq olar, bir neçə ulduzlu otel əvəzinə səliqəli hostel də tutmaq olar, ilin və mövsümün bir həftəsini də buna ayırmaq olar və.s.

IMG_20191218_185430_141

Mənim üçün başqa ölkəyə getmək yalnız arzu kimi gələrdi bir zamanlar, həmişə arzulamışam, hətta oturub bu-bu ölkələrə getsəm bunları edərəm deyə planlar da qurmuşam, indi də qururam, planlayıram, arzulayıram 💫.
Ilk travel etdiyim zaman və çox sevidiyim yerlərdən başlayanda (Budapeşt-Praga) onda anladım ki, həmişə bir şeylərin əksik olduğunu hiss etdiyim o hiss nə idi. Bu hiss öyrənmə marağı, oxuma-gəzmə-görmə-araşdırma maraqları. Məsələ bir yerləri gəzməkdən çox, özünü tanıma arzusudur.

Öyrəndiyim ən gözəl və ən təsirli dəyişiklik indi qeyd edəcəklərim oldu. Bunlara sən də bax, ya bunları yaşayacaqsan  ya da yaşamısan artıq.

IMG_20191221_191600_220

Harasa getmək gözlərini ətrafa açar. Elə hiss edərsən ki, sanki indi hər şeyin fərqinə varırsan. Görməyə başlayarsan. Məncə, başqa ölkəyə getmək ehtiyacdır. Yenidən dünyaya gəlmək üçün olan ehtiyac hissidir. Arzularını reallaşdırmaq üçün vasitədir. Mən həmişə Budapeştdə Buda Castle🏰, Fishermen’s Bastion, Basilica of At Stephen, Pragada Charles Bridge🌉, Praganın şəhəri olan Visegradı görmək istemişəm və hər dəfə şəkillərinə 🖼️ baxdığın bu yerləri canlı görəndə insan təəccüblənir, hətta ağlamaq hissi gəlir.
Yeni yerlərə getmək səni inkişaf etdirir💫. Dilini, baxış bucağını, düşüncəni, biliyini.. Insanı həyəcanlandırır. Özünü kəşf etməyinə kömək edir. Nə qədər çox şey öyrənməli olduğumuzu göstərir bizə. Hərşeydən qabaq hörməti öyrədir. İnsanlara, təbiətə, dünyaya hörmət etməli olduğumuzu xatırladır. Fərqli millətlərdən, mədəniyyətlərdən yeni dostlar tapmağımıza, tanışlıqlar qurmağımıza kömək edir. Yeniliklərə açıq olmağımızı göstərir. Yeni olan hər şeyin bizə maraqlı gəlməsinə səbəb olur. Pozitiv olmağı və gülməyi öyrədir☺️.

IMG_20191221_110457_192

Ümid edirəm, bu yazım sənə travel etmek üçün, yeni şeylər öyrənmək, yeni yerlər kəşf etmək üçün ilham olmuş ola bildi. Əsas istəkdir, büdcə də formalaşar, zaman da tapılar, həvəs də olar. ☺️
Həmişə xoş səyahətlər hamımıza 🗺️

Inspiration olacağını düşündüyüm şəkilləri əlavə edirəm 🖼️

Zaqatalada II Beynəlxalq Fındıq, Qoz Və Şabalıd Festivalı.

28 Sentyabr, 2019-cu il ilk dəfə Zaqatalaya II Beynəlxalq Fındıq, Qoz Və Şabalıd Festıvalını görmək və şəhərlə tanış olmaq üçün yola düşdük ✨.
Məlumat üçün qeyd edim ki, Zaqatala rayonu Respublikamızın şimali-qərbində, paytaxt Bakıdan 430 km məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Qanıx-Əyriçay vadisində yerləşir😊.
Festival üç gün müddətinə davam edir, lakin biz bir günlük festivalın açılışına getmişdik😍. Festival bayramsayağı bəzədilmiş😍 meydanda Dədə Qorqud meydanında təşkil olunmuşdu 😎 və sərgidə Fındıq, Qoz və Şabalıdın istehsalı və emalı zamanı istifadə edilən texnikaların, eləcə də, bu məhsullardan hazılanan müxtəlif əl işlərinin, ləziz şirniyyat😍 və təamların nümayişi reallaşdırılmışdı😎.
Bizim yolumuz aşağıdakı İnfographic Timeline kimidir,😇
Capture (1)
Biz ilk dəfə idi gedirdik və çox xoşumuza gəldi . Gedib görməyə dəyər 😉
 #Azerbaijan #Zaqatala #Festival

Elə belə🙈

Özünü sev. Həqiqətən sev❤️. Özünə yetərincə yaxşı olmadığını demək üçün səbəblər axtarma. Səndə hər şey qaydasındadır✨.
Heç kəs bizi nəyəsə görə günahlandıra, qınaya və ya sorğu sual edə bilməz😎. İnsanlar bizi görə və eşidə bilər amma bizim nələrdən kəçdiyimizi, nələrin öhdəsindən gəldiyimizi bilə bilməzlər😉. Qoy insanlar nə istəyirlər danışsınlar🤡. Unut. Özünün nə hiss etdiyinə, nə fikirləşdiyinə, ürəyinin sənə nə dediyinə fokslan və öz işində olub həyatını yaşa😍. İnsanların sənin xarakterinde hər hansı rol oynamaqlarına, səni özün olmaqdan çıxartmalarına icazə vermə.😎 

İngiliscə maraqlı məqalələr olan saytlar və bloqlar😎

Məqalə oxumaq əlavə bir dili öyrəndiyimiz müddətdə bizə nə qədər köməklik etdiyini artıq bir çoxumuz təcübəmizdə və ya digər insanların təcrübəsində fərqinə varmışıq😍

Bu səbəbdən istəyirəm faydalandığım və maraqlı hesab etdiyim bir neçə sayt və bloqların siyahsını yazım😎.

Siyahıda indi görəcəyimiz məqalələr daha çox bloq yazılarında olan məqalələrdi. Çünki, bloqlarda yazılan məqalə üslubları dil öyrənmək üçün daha uyğun və rahat anlaşılandır😊.

Siyahıdakı məqalələr demək olar bütün mövzuları əhatə edirlər😀. Əgər bir mövzu haqqında rahat ingiliscə danışmaq istəyiriksə o mövzu istiqamətində daha çox məqalə oxumalıyıq. Nəticədə, o movzu haqqında daha çox informasiya sahibi olmuş oluruq, həm də yeni sözlər öyrənmiş oluruq🌱🌼.

Saytlarımız bunlardı 😍

Uğurlar hamımıza 

30 Day Fitness Challenge- mizin Programı😎

Uğurlar maxresdefault

DAY1 50 CRUNCHES DAY16 50 LUNGES
2X60 SECOND PLANK 50 DONKEY KICKS
Day 2 100 BICYCLE CRUNCHES DAY17 35 PUSH UPS
2X30 SECOND PLANK 100 MOUNTAIN CLIMBERS
DAY3 50 BURPEES DAY18 100 TRICEPS DIPS
50 KICK DOWN CRUNCHES 50 SQUAT JUMPS
DAY4 200 CRUNCHES DAY19 200 HIGH KNEES
100 SKATER SLIDES 100 SUPERMANS
DAY5 100 HIGH KNEES DAY20 75 BURPEES
75 RUSSIAN TWIST 4X60 SECOND PLANKS
DAY6 50 SUPERMANS DAY21 200 BICYCLE CRUNCHES
50 SQUATS 200 PUNCHES
DAY7 3X60 SECOND PLANK DAY22 35 BURPEES
200 JUMPING JACKS 200 STANDING SIDE CRUNCHES
DAY8 50 DONKEY KICKS DAY23 50 LUNGES
100 BICYCLE CRUNCHES 100 SKATER SLIDES
DAY9 25 SQUATS DAY24 50 WOOD CHOPS
100 SKATER SLIDES 200 MOUNTAIN CLIMBERS
DAY10 50 SQUAT JUMPS DAY25 100 SUPERMANS
200 CRUNCHES 200 PLANK JACKS
DAY11 25 PUSH UPS DAY26 200 BICYCLE CRUNCHES
75 TRICEPS DIPS 200 BUTT KICKS
DAY12 200 PUNCHES DAY27 100 RUSSIAN TWISTS
200 BUTT KICKS 4X60 SECOND PLANK
DAY13 50 PLANK WALKS DAY28 25 PUSH UPS
50 LUNGES 200 SEAL JACKS
DAY14 50 WOOD CHOPS DAY29 50 LUNGES
50 SQUAT JUMPS 100 FROGGIES
DAY15 4X60 SECOND PLANKS DAY30 200 SQUAT JUMPS
100 RUSSIAN TWISTS 100 V UPS

 

Gün 30😍

Challange-mizin sonuncu gün üçün olan hərəkətləri 200 SQUAT JUMPS və 100 V UPS olacaq

Qeyd: Əgər hərəkət çox gələrsə sayı, onda aralarında 10-20 saniyəlik fasilə verməklə davam etmək olar 😇

200 SQUAT JUMPS

Bu hərəkət zamanı bədəni dik tuturuq, ayaqlar çiyin genişliyində açıq olmalıdır. Çanaq hissəmizi arxaya tərəf əyərək çöməlmə pozisiyası edib vəəə topuqlarımızdan qüvvət alırmış kimi çanağı sürətli formada yuxarı itələyirik. Özümüzü yuxarı atırıq 😀

Özümüzü yuxarı atanda başdan ayağa qədər düz bir xətt formasında durmalıyıq. Yerə təkrar düşürük, squat pozisiyası alırıq vəəə yenidəəən davam 😎

Təxminən 15-ci dəfədən sonra elə bil ağır qüvvə bizi yerə çəkirmiş kimi hiss edəcəyik, hərəkəti etmək çətinləşəcək. Ona görə də fasilələr ilə davam etmək məsləhətdir 😊

Əlavə😊: Əgər yaxırdakı videodan əlavə başqa cür Squat Jumps videosu istəyirsənsə onda qeyd etdiyim link-dən keçid edib baxa bilərsən

100 V UPS

Belüstü uzanmış pozisiyası alırıq. Yavaş və kontrollu şəkildə hərəkət edərək, bir V hərfi yaradanadək sinəmizi və ayaqlarımızı eyni anda yuxarı qaldırırıq. V hərfi yaratdıqdan sonra yavaşca başlanğıc pozisiyaya qayıdırıq. Bu hərəkət qarın əzələlərimiz üçündür.

Adətən bu hərəkət zmanı edilən səhv onda olur ki, V hərfi yaradan zaman tez bir zamanda hərəkət həyata keçirilir. Bu düzgün deyil, yavaş və kontrollu formada olamlıdır.

Əlavə😊: Əgər yaxırdakı videodan əlavə başqa cür V Ups videosu istəyirsənsə onda qeyd etdiyim link-dən keçid edib baxa bilərsən.

 

Challange-mizin sonuncu günündə Uğurlar hamımıza 😍